TƏBİB-dən Cavanşir Məmmədovun ölüm xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB
TƏBİB-dən Cavanşir Məmmədovun ölüm xəbəri ilə bağlı RƏSMİ AÇIQLAMA – YENİLƏNİB
Əməkdar artist Cavanşir Məmmədovla bağlı aprelin 20-də saat 12:03-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
“Saat 12:05-də təcili yardım briqadası çağırış ünvanına cəlb olunub. Ünvanda həkiməqədər ölüm qeydə alınıb”, – məlumatda deyilir.
12:55
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib.
Axşam.az-ın məlumatına görə, müğənni bu gün ürək çatışmazlığından dünyasını dəyişib.
Xəbəri onun duet ortağı Firuzə İbadova təsdiqləyib.