UEFA Çempionlar Liqası: “Qalatasaray” qapısından beş top buraxdı, “Barselona” qələbə qazandı
UEFA Çempionlar Liqasının Liqa mərhələsində növbəti oyunlar baş tutub.
Aztime.az xəbər verir ki, birinci tura dörd qarşılaşma ilə yekun vurulub.
Belə ki, “Ayntraxt Frankfurt” “Qalatasaray”la, “Mançester Siti” “Napoli” ilə, “Nyukasl Yunayted” “Barselona” ilə, “Sportinq” isə “Kayrat”la qarşılaşıb.
Maraqla gözlənilən “Ayntraxt Frankfurt” – “Qalatasaray” matçı İstanbul təmsilçisinin darmadağınla uduzması ilə yekunlaşıb – 5:1. “Qalatasaray” Yunus Akgünlə hesabı açsa, qapısından ardıcıl beş top buraxıb. Davinson Sançes avtoqola imza ataraq, almanların hesabı bərabərləşdirməsinə imkan yaradıb. Ev sahiblərindən digər qolları Can Uzun, Conatan Burkardt (2), Ansqar Knauff vurublar.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.