AFFA-dan “Kəpəz”ə XƏBƏRDARLIQ
AFFA-dan “Kəpəz”ə XƏBƏRDARLIQ
“Kəpəz” Peşəkar Futbol Liqasının (PFL) Əsasnaməsinin tələblərini pozub.
PFL-in saytının yaydığı məlumata görə, Premyer Liqanın VI turunda “Səbail”lə Gəncədə keçirilən matçda internet olmayıb.
Bu səbəbdən AFFA İntizam Komitəsi “Kəpəz”ə xəbərdarlıq edib.
“Neftçi” ilə oyunda qırmızı vərəqə alan “Araz-Naxçıvan”ın futbolçusu Kadiri Mohammed isə bir oyunluq cəzalanıb, klubu 500 manat cərimə edilib.