Lavrov Bayramovla görüşü barədə: “Liderlər arasında gözlənilən təmaslar ərəfəsində fürsətdir”
Lavrov Bayramovla görüşü barədə: “Liderlər arasında gözlənilən təmaslar ərəfəsində fürsətdir”
Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü ölkə başçılarının arasında gözlənilən təmaslar ərəfəsində fürsət adlandırıb.
Bu barədə rusiyalı diplomat Moskvada azərbaycanlı həmkarı ilə görüşündə bildirib.
Onun sözlərinə görə, bu görüş ikitərəfli münasibətləri müzakirə etmək üçün fürsətdir.
“Ona görə də mən Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev arasında əldə olunmuş bütün razılaşmaların həyata keçirilməsinə diqqət yetirdiyimizi bir daha vurğulamaq istəyirəm”, – Lavrov bildirib.