Ceyhun Bayramov: “İrəvanla danışıqlarda müsbət dinamika var”
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Moskvada rusiyalı həmkarı Sergey Lavrovla ikitərəfli görüşündə Bakı ilə İrəvan arasında danışıqlar prosesinin müsbət dinamikasını qeyd edib.
Bu gün həmçinin Lavrov Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın da görüşü keçirəcək. Bundan sonra isə üçtərəfli danışıqlar başlayacaq.
Nazirlər Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə müzakirələr aparacaqlar.