Cəbrayıl rayonunun Çaxırlı kəndi – FOTO
Cəbrayıl rayonunun Çaxırlı kəndi – FOTO
Cəbrayıl rayonunun Çaxırlı kəndi eyniadlı inzibati ərazi vahidində, Arazboyu düzənlikdə yerləşir. Əhalisinin əsas məşğuliyyəti heyvandarlıq olub.
Kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Erməni vandalları işğal dövründə kəndi viran qoyaraq xarabalığa çeviriblər.
Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuran rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 3-də kəndi işğaldan azad edib.
AZƏRTAC işğal dövründə erməni vandalizminə məruz qalmış Çaxırlı kəndinin görüntülərini təqdim edir.