Ronaldu İngiltərə klubu ilə qısamüddətli müqavilə bağlaya bilər
Futbol tarixinin ən yaxşı bombardiri, Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunda çıxış edən Kriştianu Ronaldu komandasını dəyişə bilər.
Aztime.az xəbər verir ki, bu barədə “Sport Bible”in tanınmış ərəb jurnalisti Nasir Cabbar məlumat paylaşıb.
K.Ronaldunun 2025-ci ildə keçiriləcək klublararası dünya çempionatında iştirak etmək üçün “Ən-Nəsr”i tərk etməyi nəzərdən keçirdiyi bildirilir.
Londonun “Çelsi” və “Mançester Siti” klubları portuqaliyalı oyunçunu transfer etməyə iddialıdırlar. K.Ronaldu turnirdə iştirak etmək üçün bu klublardan biri ilə bir aylıq müqavilə bağlaya bilər.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.