Avroliqa: “Milan” və “Liverpul”dan vida, “Bayer” tarix yazdı – VİDEO
Avroliqa: “Milan” və “Liverpul”dan vida, “Bayer” tarix yazdı – VİDEO
UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub.
Evdə minimal hesabla (0:1) “Roma”ya uduzan “Milan” səfərdə də məğlub olaraq turnirlə vidalaşıb – 2:1 (3:1).
44 ardıcıl oyunda uduzmayan Leverkuzen “Bayer”i 21-ci əsrdə ən uzun məğlubiyyətsizlik seriyasının müəllifi kimi adını futbol tarixinə yazdırıb. Evdə “Vest Hem”i 2:0 yenən Xabi Alonsonun yetirmələri səfərdə 1:1 hesablı heç-heçə ilə mərhələ adlayıblar (1:3).
“Liverpul”u “Enfild”də böyük hesabla (0:3) yenərək sensasiyaya imza atan “Atalanta” doğma azarkeşləri önündə uduzsa da, yarımfinalda oynamaq hüququ qazanıb – 0:1 (3:1).