Azərbaycan banklarının kredit qoyuluşu 7 ildən sonra ilk dəfə 20 milyard manatı keçib
Bu il aprelin 1-nə Azərbaycan banklarının kredit qoyuluşu 20 038,6 milyon manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Məlumata görə, bu, martın 1-i ilə müqayisədə 1,4%, ilin əvvəlinə nisbətən 2,3%, illik müqayisədə isə 14,3% çoxdur.
Xatırladaq ki, sonuncu dəfə bankların kredit qoyuluşu 1 fevral 2016-cı ildə 20 milyard manatdan çox – 20 603,9 milyon manat olub.