Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərdən fləşmob – VİDEO
Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərdən fləşmob – VİDEO
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi doğma yurdlarına qayıtmış keçmiş məcburi köçkünlərin iştirakı ilə fləşmob keçirib.
Oxu.Az-ın məlumatına görə, fləşmobun çəkilişləri Laçın və Füzuli şəhərlərində, Laçın rayonunun Zabux, Zəngilan rayonunun Ağalı kəndlərində aparılıb.
Böyük Qayıdış Qarabağa və Şərqi Zəngəzura yeni nəfəs gətirir, işğaldan azad edilmiş ərazilərin dirçəlişini sürətləndirir. İndiyədək 1 453 ailə, yəni 5 719 nəfər doğma yurda köçürülüb.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində icra olunan genişmiqyaslı tədbirlər bu siyasətin uğurla həyata keçirilməsini təmin edir.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi doğma yurdlarına qayıtmış həmvətənlərimiz haqqında hazırladığı fləşmobu təqdim edir: