Şəmkirdə yeniyetmə 51 yaşlı kişini bıçaqladı – YENİLƏNİB
Şəmkirdə yeniyetmə 51 yaşlı kişini bıçaqladı – YENİLƏNİB
Şəmkir sakininə xəsarət yetirməkdə şübhəli bilinən şəxsin kimliyi məlum olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs 2007-ci il təvəllüdlü Ü.Cəfərovdur.
Qeyd edək ki, hadisə toy mərasimində şəxsi münasibətlər zəminində olub.
21:22
Şəmkirdə bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, rayon sakini, 1973-cü il təvəllüdlü Elsəvər Əkbərli bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib
51 yaşlı kişi dərhal əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.