UEFA Konfrans Liqasının püşkü atıldı: Mahir Emrelinin komandası “Betis”ə rəqib oldu – YENİLƏNİB
UEFA Konfrans Liqasının püşkü atıldı: Mahir Emrelinin komandası “Betis”ə rəqib oldu – YENİLƏNİB
UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Oxu.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə növbəti raundda üz-üzə gələcək cütlər müəyyənləşib.
Qrup mərhələsində 2-ci yeri tutan komandalar UEFA Avropa Liqasında qrup üçüncülərinə rəqib olublar. Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” klubu İspaniya təmsilçisi “Betis”lə görüşəcək.
“Şturm” (Avstriya) – “Slovan” (Slovakiya)
“Servett” (İsveçrə) – “Ludoqorets” (Bolqarıstan)
“Union” (Belçika) – “Ayntraxt” (Almaniya)
“Betis” (İspaniya) – Dinamo” (Xorvatiya)
“Olimpiakos” (Yunanıstan) – “Ferentsvaroş” (Macarıstan)
“Ayaks” (Niderland) – “Budyo-Qlimt” (Norveç)
“Molde” (Norveç) – “Legiya” (Polşa)
“Makkabi” (Hayfa, İsrail) – Gent (Belçika)
Qeyd edək ki, pley-off mərhələsinin oyunları 2024-cü il fevralın 15-i və 22-də keçiriləcək.
10:26
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Oxu.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
Qrup mərhələsində 2-ci yeri tutan komandalar UEFA Avropa Liqasında qrup üçüncülərinə rəqib olacaqlar.
Səpələnmişlər: “Budo-Qlimt” (Norveç), “Dinamo” (Zaqreb, Xorvatiya), “Ferentsvaroş” (Macarıstan), “Ayntraxt” (Almaniya), Gent (Belçika), “Legiya” (Polşa), “Ludoqorets” (Bolqarıstan), “Slovan” (Slovakiya).
Səpələnməmişlər: “Ayaks” (Niderland), “Makkabi” (Hayfa, İsrail), “Molde” (Norveç), “Olimpiakos” (Yunanıstan), “Betis” (İspaniya), “Servett” (İsveçrə), “Şturm” (Avstriya), “Union” (Belçika).
Qeyd edək ki, pley-off mərhələsinin oyunları 2024-cü il fevralın 15-i və 22-də keçiriləcək.