Yəhya Sinvarı əvəz edəcək şəxsin adı açıqlanıb
HƏMAS Siyasi Bürosunun sədri Yəhya Sinvarın öldürməsindən sonra təşkilata hərəkatının xaricdəki nümayəndəliyinin rəhbəri Xalid Məşəl rəhbərlik edəcək.
Oxu.Az xəbər verir ki, bunu Livanın LBCI xəbər portalı HƏMAS-dakı mənbələrə istinadən məlumat yayıb.
Mənbə iddia edir ki, Xalid Məşəl hərəkatın müvəqqəti rəhbəri vəzifəsini öz üzərinə götürüb və hazırda girovlarla bağlı danışıqlarda iştirak edən əsas şəxsdir.
Məlumatda, həmçinin qeyd olunur ki, HƏMAS rəhbərliyi Türkiyə, Qətər və Misir rəsmilərinə Yəhya Sinvarın öldüyü barədə xəbər verib və onun öldürülməsindən sonra əsirlərin dəyişdirilməsi və müharibənin dayandırılması ilə bağlı danışıqların getdikcə çətinləşəcəyini vurğulayıb.