Fransada Rusiya ilə silahlanma yarışına hazırlaşırlar
Fransa hakimiyyəti Rusiya ilə silahlanma yarışına hazırlaşır.
Oxu.Az-ın məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin rəhbəri Jan-Noel Barro LCI telekanalına açıqlama verib.
Onun sözlərinə görə, bunun üçün Paris hərbi büdcəni artırır.
“Hərbi büdcə haqqında qanun ordumuzun yerləşdirmə, müdaxilə və müdafiə imkanlarını yenidən yaratmağa imkan verdi. Amma bu gün bizim əsas müdafiə xəttimiz haradadır? O, Ukraynanın cənubunda və şərqindədir”, – deyə nazir bildirib.
Nazirlik rəhbəri vurğulayıb ki, bununla əlaqədar olaraq Fransa Ukraynaya hərbi, maliyyə və humanitar yardım göstərir və bunu nə qədər lazımdırsa, o qədər də etməyə hazırdır.