Paşinyan: Bundan sonra biz tamamilə başqa Cənubi Qafqazda yaşayırıq
Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-də imzalanan sənədlərdən sonra Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olduğuna əmindir.
Aztime.az TASS-a istinadən xəbər verir ki, bu barədə o, xalqa müraciətində bəyan edib.
“Ermənistanla Azərbaycan arasında sülh bərqərar oldu, əziz insanlar. Bu, qisas və düşmənçiliyin rədd edilməli olduğu tamamilə yeni reallıqdır. ABŞ-də imzalanmış sənədlər dönüş nöqtəsidir. Bundan sonra biz tamamilə başqa Cənubi Qafqazda yaşayırıq”, – o qeyd edib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.