Tramp ABŞ baş prokurorundan Epşteyn işi üzrə ifadələrin ictimaiyyətə açıqlanmasını istəyib
ABŞ Prezidenti Donald Tramp baş prokuror Pem Bondiyə müraciət edərək, amerikalı maliyyəçi və adı insan alverində hallandırılan Cefri Epşteynin işi üzrə verilmiş ifadələrin stenoqramlarının məhkəmənin razılığı ilə açıqlanmasını istəyib.
Aztime.az xəbər verir ki, D.Tramp bu barədə özünün “Truth Social” şəbəkə hesabında yazıb.
“Cefri Epşteynə göstərilən absurd diqqətdən dolayı, mən baş prokuror Pam Bondidən xahiş etdim ki, məhkəmənin təsdiqi ilə bütün lazımi böyük münsiflər heyəti ifadəsini təqdim etsin. Demokratların bu fırıldaqçılığına dərhal son qoyulmalıdır”, – deyə D.Tramp qeyd edib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.