Hindistanda ildırım 33 nəfərin həyatına son qoydu
Hindistanda həftə ərzində musson yağışlarının da yağdığı qasırğalar zamanı 33 nəfər ildırım vurmasından ölüb.
Aztime.az xəbər verir ki, bu barədə “Hindustan Times” məlumat yayıb.
Ölkənin Bihar əyalətinin rəsmilərinin bildirdiyinə görə, ildırım vurmasından ölənlərin çoxu fermerlər və açıq havada işləyən işçilərdir.
Qeyd edək ki, Hindistanın şərq hissəsində yerləşən Bihar əyalətində hər il baş verən daşqınlar və digər təbii fəlakətlər yüzminlərlə insanın yaşayış yerlərini dəyişməsinə səbəb olur.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.