Ermənistan NATO standartlarına uyğun ordu qurmaq istəyir
“Ermənistan silahlı qüvvələrində baş qərargah serjantı, korpus serjantı və qərargah serjantı vəzifələrinin yaradılması lazımdır”.
Aztime.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu sözləri müdafiə nazirinin müavini Arman Sarkisyan parlamentin iclasında “Dövlət vəzifələrini və dövlət qulluqçusu vəzifələrini tutan şəxslərin əməyinin ödənilməsi haqqında” qanuna dəyişikliklər edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavininin sözlərinə görə, silahlı qüvvələrin müqaviləli serjantlarının maaşlarının hesablanması zamanı xüsusi əmsallar tətbiq olunacaq.
“Silahlı qüvvələrdə islahatların həyata keçirilməsi prosesində serjant sisteminin inkişafı birinci dərəcəli əhəmiyyət kəsb edir. Bu, peşəkar silahlı qüvvələrin yaradılması üçün əsas şərtdir”, – deyə Sarkisyan bildirib.
Hələ ki, şərh yoxdur. Birinci yazan siz olun.