“Aztime.az“ xəbər verir ki, tanınmış aparıcı Turan İbrahimov Baku TV-də Qərbi Azərbaycan departamentinin rəhbəri kimi fəaliyyət göstərəcək.
Turan İbrahimov bundan öncə “Space səhər” verilişinin aparıcısı olub.
Qeyd edək ki, BAKU TV “Global Media Group”un tərkibində fəaliyyət göstərir.