Putin Ukraynaya getdi
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal altındakı Xerson və Luqansk vilayətlərinə səfər edib.
“Aztime.az“ TASS-a istinadən xəbər verir ki, bu barədə aprelin 18-də Rusiya Prezidentin Mətbuat xidməti yayıb. Məlumata görə Putin Xerson vilayətində olduğu vaxt, “Dnepr” qoşun qruplaşmasının qərargahına gəlib. O, hərbçilərlə müşavirə keçirib, “Dnepr” qoşun qruplaşmasının komandanı general-polkovnik Oleq Makareviçin, Hava-Desant Qoşunlarının komandanı general-polkovnik Mixail Teplinskiyin və başqa hərbi rəislərin məruzələrini dinləyib.
Rusiya Prezidenti Luqansk vilayətində isə “Vostok” Milli Qvardiyasının qərargahına baş çəkib. Putin bu bölgədə Rusiya hərbi komandanlığının məruzəsini dinləyib.
Qeyd edək ki, Putin martın 19-da Rusiyanın ilhaq etdiyi Ukraynanın Mariupol şəhərində olub.