“Azərbaycanın Rusiya və bəzi Qərb ölkələri üçün əhəmiyyəti artıb”.
“Aztime“ xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan Milli Assambleyada çıxışında deyib. “Azərbaycanla münasibətlərdə hər şey daha mürəkkəbdir. 44 günlük müharibədən sonra Azərbaycan eyforiya içindədir və bacardıqca daha çox əldə etmək, mümkünsə hər şeyi almağı düşünür. Onun mövqeyini beynəlxalq vəziyyət daha da gücləndirilir. Xüsusilə, Azərbaycan bilavasitə və ya dolayı yolla enerji və ya logistika qovşağına çevrilir. Onun Rusiya və bəzi Qərb ölkələri üçün əhəmiyyəti artır. Bu vəziyyətin həm riskləri, həm də imkanları var”.
Paşinyan Ermənistan və Gürcüstanın da bu vəziyyətdən yararlana biləcəyini deyib.