Tramp Putinlə münasibətindən danışıb
Tramp Putinlə münasibətindən danışıb
ABŞ-nin keçmiş prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə həmişə konstruktiv münasibət saxladığını etiraf edib.
Bu barədə Tramp jurnalistlərə verdiyi müsahibəsində danışıb.
ABŞ-li siyasətçinin fikrincə, Ukraynadakı hərbi münaqişənin qarşısını almaq mümkün idi.
Tramp əlavə edib ki, o, Putini çox yaxşı tanımağa nail olub.
O hesab edir ki, əgər ölkəni Ağ Evin indiki rəhbəri Co Bayden deyil, əsl prezident idarə etsəydi, Ukraynada müharibəyə ehtiyac qalmayacaqdı.
Mənbə: Fox News