Paytaxtda obyektə görə binanın önündəki yaşıllıq ləğv edildi – FOTO
Paytaxtda obyektə görə binanın önündəki yaşıllıq ləğv edildi – FOTO
Paytaxtda bəzi bina evlərinin önündə yaşıllıq sahələr var. Bu sahələrdə ağaclar, güllər və s. əkilir. Lakin bəzən binaların birinci mərtəbəsindəki mənzillər qeyri-yaşayış sahəsinə çevriləndə bu sahələrdəki yaşıllıq ləğv olunub, onun yerini isə daş-beton örtük tutub.
Avtosfer.az xəbər verir ki, metronun “Azadlıq prospekti” stansiyasının yanında yerləşən binalardan birinin önündə də sözügedən vəziyyət yaranıb.
Sakinlərdən biri deyir ki, binanın birinci mərtəbəsində yeni açılan obyektdə təmir gedən zaman hər ehtimala qarşı yaşıllıq sahənin şəklini çəkib. Lakin bu gün görüb ki, yeni əkilmiş küknar və zeytun ağacları artıq yerində yoxdur.