Ukrayna hərbçiləri Krımdakı problemlərdən danışdı: “Yarımada adaya çevrilir”
Ukrayna hərbçiləri Krımdakı problemlərdən danışdı: “Yarımada adaya çevrilir”
“Rusiya işğalçılarının müvəqqəti işğal olunmuş Krımda logistika ilə bağlı problemləri yaranıb və bu problemlər daha da mürəkkəbləşib”.
Bu sözləri Ukrayna “Yuq” Operativ Komandanlığının spikeri Natalya Qumenyuk telemarafon zamanı deyib.
Onun sözlərinə görə, nəticədə rusiyalılar hazırda hərbi məqsədlər üçün Ukrayna Silahlı Qüvvələrinin hücumlarından sonra hələ də fəaliyyət göstərməyə davam edən mülki nəqliyyat marşrutlarından istifadə edirlər.
“Məsələ burasındadır ki, yarımada həqiqətən də məntiqi mənada getdikcə daha çox adaya çevrilir. Çünki logistika ilə bağlı problemlər mürəkkəbləşib və həlli ləngiyir. Hərbi ehtiyaclar üçün mülki ehtiyacların qarşılandığı istiqamətlərdən istifadə edilir”, – deyə Qumenyuk bildirib.
O qeyd edib ki, söhbət məhz materik hissəsindən gedir. Körpülərə, o cümlədən də Krım körpüsünə gəlincə, rusiyalılar onları təmir etməyə çalışırlar. Bunun üçün onlar təmir bazaları yaradırlar, lakin bu iş təhlükəli olduğuna görə kadr tapmaqda çətinlik çəkirlər. Buna görə də işğalçılar “könüllülər” tapır və onları silah gücünə işləməyə məcbur edirlər.
Mənbə: ZN.ua