NATO sualtı boru kəmərlərinin mühafizəsini gücləndirdi: Yeni təxribat gözlənilir?
NATO sualtı boru kəmərlərinin mühafizəsini gücləndirdi: Yeni təxribat gözlənilir?
NATO alyansı Rusiyanın təxribat təhlükəsi fonunda sualtı boru kəmərlərinin və kabellərin mühafizəsi üçün yeni mərkəz açıb.
NATO müdafiə nazirləri Londonun şimal-qərbindəki Nortvudda qurulacaq yeni mərkəzə yaşıl işıq yandırdıqdan sonra bununla bağlı işçi qrupu yaradılıb.
Bu barədə işçi qrupuna rəhbərlik edən general-leytenant Hans-Verner Virmann məlumat verib. “Təhlükə artır”, – deyə o qeyd edib.
“Rusiya gəmiləri aktiv şəkildə bizim kritik sualtı infrastrukturumuzun xəritəsini çəkirlər. Rusiyanın Qərb həyatının sabitliyini pozmaq üçün sualtı kabelləri və digər kritik infrastrukturu hədəf ala biləcəyi ilə bağlı narahatlıq artır”, – deyə Hans-Verner Virmann NATO-nun Brüsseldəki mənzil-qərargahında jurnalistlərə müsahibəsi zamanı bildirib.
Mənbə: Zn.ua