Fransa prezidenti İlon Maska işbirliyi təklif etdi – FOTO
Fransa prezidenti İlon Maska işbirliyi təklif etdi – FOTO
Fransa Prezidenti Emmanuel Makron amerikalı sahibkar İlon Maskla bir ay ərzində ikinci dəfə görüşüb və ona birgə işləməyi təklif edib.
Bu barədə Makron özünün “Twitter” səhifəsində paylaşım edib.
“Gəl birlikdə işləyək”, – deyə Makron Maskla əl sıxdığı fotoya şərh yazıb.
Makron və Mask arasında keçirilən görüşdə, həmçinin fransalı iş adamı Bernard Arno da iştirak edib.
Qeyd edək ki, Arno iyunun əvvəlində “Bloomberg”in Milyarderlər İndeksinə (BBI) görə, dünyanın ən varlı adamları siyahısında ikinci yeri tutub. Arnonu ilk yerdən isə Mask uzaqlaşdırıb və birinci yerə sahib olub.
Mənbə: Gazeta.ru