Bülbüləli ailə 65 ildir evli və xoşbəxt qalmağın sirrini bölüşdü – VİDEO
Bülbüləli ailə 65 ildir evli və xoşbəxt qalmağın sirrini bölüşdü – VİDEO
Baku TV-də yayımlanan “O vaxtlar” verilişinin yeni buraxılışı efirə gedib.
Verilişin budəfəki sayında Bülbülə sakinləri Əzizağa Babayev və Zemfira Babayeva öz tanışlıqlarından danışıblar.
Ə.Babayevin sözlərinə görə, hərbi xidmətdən qayıdan kimi qohumları evlənməsi üçün ona qız axtarmağa başlayıblar:
“Qabağıma siyahı gətirib qoydular. Dedilər ki, barmağını qoy, bunlardan birinin qapısına elçiliyə gedək. Əhməd adlı kişinin iki qızı var idi. Onlardan biri üçün elçi getdilər. Qızı görmək üçün oxuduğu məktəbin qabağına getdim. Görəndə dedim ki, siyahıdakılardan bu yaxşıdır, deyəsən”.
18 yaşında ailə quran Z.Babayeva isə qayınanasının ona səbir və anlayış göstərməsindən söz açıb: “Gəlin gedəndə yaxşı yemək bişirə bilmirdim. Qaynanam heç demirdi ki, ərzaqları xarab edirsən, bir də bişirmə. Yavaş-yavaş yemək bişirməyi öyrətdi. Sonra deyirdi ki, kartof qızartmağı bilmirdi, indi paxlava bişirir”.
Əzizağa Babayev onu da deyib ki, həyat yoldaşına bir neçə dəfə xəyanət etsə də, Zemfira xanım onu tərk etməyib.
Ətraflı süjetdə: