ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək
ABŞ İrana qarşı əlavə sanksiyalar tətbiq edəcək
Yaxın günlərdə ABŞ İranın raket və pilotsuz təyyarə proqramlarına, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İran Müdafiə Nazirliyi ilə əməkdaşlıq edən şirkətlərə qarşı əlavə sanksiyalar tətbiq edəcək.
Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan açıqlama verib.
Məlumata görə, İranın İsrailə zərbəsindən sonra ABŞ Prezidenti Co Bayden ölkənin müttəfiqləri və tərəfdaşları ilə birlikdə “hərtərəfli cavab tədbirləri” üzərində işləyir.
“Bu yeni sanksiyalar və digər tədbirlər İranın hərbi imkanlarını və effektivliyini cilovlayacaq”, – bəyanatda deyilir.
O, həmçinin, vurğulayıb ki, son üç il ərzində 600-dən çox fiziki və hüquqi şəxs ABŞ-nin İrana qarşı sanksiyalarına məruz qalıb.
Sallivanın sözlərinə görə, ABŞ müttəfiqlərinin bu təşəbbüsü dəstəkləyəcəklərini gözləyir.
Mənbə: İz.ru