İTV-nin müxbiri Beşbarmaqdan tullandı
Bəzən qorxu, bəzən həyəcan, bəzən də həzz. Paraşütlə göydən yerə enənlərin yaşadığı fərqli duyğular. Qartal kimi səmada süzmək heç də asan deyil. Daha çox xarici ölkələrdə heyrətlə izlədiyimiz paraşüt idmanını Azərbaycanda da görmək mümkündür. Yox, nə Tufandağ, nə də Şahdağdan danışacam. Bura Beşbarmaqdır. Bu gün Beşbarmaq həm də yamac paraşütü üçün əvəzsiz yerə çevrilib. Həftə sonu ekstrim yaşamaq istəyənlər bu məkana gələrək yerdə hiss edə bilmədikləri həzzi almaq istəyirlər. İTV-nin əməkdaşı Ceyhun Sabahəddinoğlu kimi.