Avropa çempionatı: Hacı Əliyev tam üstünlüklə qələbə qazanıb 1/4 finala çıxdı – YENİLƏNİB
Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı start götürüb.
Aztime.Az xəbər verir ki, Azərbaycanın 70 kq çəki dərəcəsində yarışan üçqat Avropa və üçqat dünya çempionu Hacı Əliyev təsnifat mərhələsində italyan Canluka Talamo ilə qarşılaşıb. O, rəqibini vaxtından əvvəl tam üstünlüklə (12:1) məğlub edərək, 1/4 finala vəsiqə qazanıb
H.Əliyev yarımfinal yolunda almaniyalı Kevin Kristofer Henkellə qarşılaşacaq.
09:42
Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı start götürəcək.
Aztime.Az xəbər verir ki, ilk gündə Azərbaycanın beş sərbəst güləşçisi mübarizəyə başlayacaq.
57 kq çəki dərəcəsində Əliabbas Rzazadə 1/4 finalda Anatoli Buruian (Moldova)/Horst Ler (Almaniya) cütünün qalibi ilə üz-üzə gələcək.
65 kq-dakı Əli Rəhimzadə 1/8 finalda Georgios Pilidis (Yunanıstan)/İslam Dudayev (Albaniya) duelinin güclüsü ilə, 70 kq-da yarışan dünya və Avropa çempionu Hacı Əliyev təsnifatda Canluka Talamo (İtaliya) ilə görüşəcək.
79 kq çəki dərəcəsində Səbuhi Əmiraslanov 1/8 finalda İman Mahdavinin (UWW), 97 kq-dakı Maqomedxan Maqomedov Benjamin Honisin (İtaliya) müqavimətini qırmağa çalışacaq.
Avropa çempionatı aprelin 23-də başa çatacaq.