Arzu Rəhimov vəzifədən azad olunub
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Yusif oğlu Rəhimov vəzifəsindən azad edilib.
“Aztime.az“ın xəbərinə görə, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Arzu Rəhimov 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsini icra edirdi.