Yanıq xəsarətlərindən yata bilməyən bir yaşlı Ömərin dəstəyə ehtiyacı var – FOTO
Yanıq xəsarətlərindən yata bilməyən bir yaşlı Ömərin dəstəyə ehtiyacı var – FOTO
Bir yaşlı Ömərin sizin dəstəyinizə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Günel Kazımova məlumat verib.
O bildirib ki, fevralın 8-i övladının üzərinə termos aşıb və körpə yanıq xəsarətləri alıb.
“Biz İsmayıllı rayonunda yaşayırıq. Fevral ayında içində qaynar su olan termosu dartaraq üzərinə aşırıb. Qolları və ayaqları yanıb. Ömər bəzi günlər ağrılarına görə yata da bilmir. Həmin günü onu xəstəxanaya aparsaq da, uşağın vəziyyəti ağır olduğu üçün bizi Bakıda yerləşən tibb müəssisələrindən birinə yola saldılar. Orada müalicələr alsaq da, bir müddət sonra oradan çıxmalı olduq. Hazırda Ömərin mazlarını və dərmanlarını almaq üçün 700 manata ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.
Ailə ilə əlaqə: (051) 302-45-54
Kapital Bank: 4169 7388 6602 0203.