Konfrans Liqası: “Fənərbağça” 1/4 finalda Yunanıstan klubu ilə qarşılaşacaq
Konfrans Liqası: “Fənərbağça” 1/4 finalda Yunanıstan klubu ilə qarşılaşacaq
UEFA Konfrans Liqasında 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılıb.
Oxu.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində 1/4 finaldakı cütlərlə yanaşı, yarımfinalda üz-üzə gələcək potensial rəqiblər də müəyyənləşiblər.
Ən güclü səkkiz komanda arasında yer alan Türkiyənin “Fənərbağça” klubu növbəti raundda Yunanıstan təmsilçisi “Olimpiakos”la qarşılaşacaq.
1/4 final:
“Brügge” (Belçika) – PAOK (Yunanıstan)
“Olimpiakos” (Yunanıstan) – “Fənərbağça” (Türkiyə)
“Aston Villa” (İngiltərə) – “Lill” (Fransa)
“Viktoriya” (Çexiya) – “Fiorentina” (İtaliya)
Yarımfinal:
“Aston Villa” / “Lill” cütünün qalibi – “Olimpiakos” / “Fənərbağça” cütünün qalibi
“Viktoriya” / “Fiorentina” cütünün qalibi – “Brügge” / PAOK cütünün qalibi
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 11-də və 18-də, yarımfinalın matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final görüşü mayın 29-da Afinadakı “Ayasofiya” stadionunda baş tutacaq.