“Instagram”da yeni dələduzluq növü ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
“Instagram”da yeni dələduzluq növü ilə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
Kiberdələduzlar tərəfindən ani mesajlaşma tətbiqləri vasitəsilə vətəndaşlara qarşı yeni növ dələduzluq həyata keçirilir.
Oxu.Az Elektron Təhlükəsizlik Xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, “Instagram” sosial şəbəkəsində kiberdələduzlar tərəfindən “Kapital Bank”ın adından saxta kampaniyalar həyata keçirilir.
Belə ki, yaradılmış saxta hesablar vasitəsilə “Kapital Bank”ın hər kəsə 200 AZN dəyərində pul verdiyi bildirilir. Ödənişin alınması üçün istifadəçilərdən saxta “Telegram” kanalına daxil olmaq tələb olunur.
“Elektron Təhlükəsizlik Xidməti vətəndaşlardan bu cür hallara qarşı diqqətli olmağı və hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirməyi tövsiyə edir”, – deyə məlumatda qeyd olunub.