Avropa Liqası: “Bayer 04” 1/4 finalda kiminlə qarşılaşacaq? – YENİLƏNİB + VİDEO
Avropa Liqası: “Bayer 04” 1/4 finalda kiminlə qarşılaşacaq? – YENİLƏNİB + VİDEO
UEFA Avropa Liqasında 1/4 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, İsveçrənin Nyon şəhərində 1/4 final və yarımfinal mərhələlərinin püşkatma mərasimi baş tutub.
1/4 final mərhələsində qarşılaşacaq cütlüklər aşağıdakılardır:
“Atalanta” – “Liverpul”
“Milan” – “Roma”
“Vest Hem” – “Bayer 04”
“Benfika” – “Marsel”.
Yarımfinal:
“Benfika” – “Marsel” / “Atalanta” – “Liverpul”
“Milan” – “Roma” / “Vest Hem” – “Bayer 04”
12:00
Bu gün UEFA Avropa Liqasında 1/4 final, yarımfinal mərhələsinin və finalın püşkü atılacaq.
Oxu.Az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində təşkil olunacaq püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
1/8 finalda “Qarabağ”ı üstələyən Almaniya klubu “Bayer 04”ün də növbəti rəqibi bəlli olacaq.
UEFA Avropa Liqasında 1/4 final mərhələsinin iştirakçıları: “Atalanta”, “Roma”, “Milan” (hamısı İtaliya), “Liverpul”, “Vest Hem” (hər ikisi İngiltərə), “Bayer 04” (Almaniya), “Benfika” (Portuqaliya), “Marsel” (Fransa).
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları aprelin 11-i və 18-də, yarımfinal matçları isə mayın 2-də və 9-da keçiriləcək. Final mayın 22-də Dublindəki “Aviva” stadionunda olacaq.