ABŞ-də silahlı şəxs bir neçə nəfəri güllələdi, bir ailəni girov götürdü
ABŞ-də silahlı şəxs bir neçə nəfəri güllələdi, bir ailəni girov götürdü
ABŞ-nin şimal-şərqindəki Pensilvaniya ştatının Folls Tounşip şəhərində Andre Qordon adlı silahlı şəxsin hücumu nəticəsində bir neçə nəfər həlak olub.
Məlumata görə, bir neçə növ silahla silahlanmış 26 yaşlı gənc oğurlanmış avtomobillə şəhər ətrafında hərəkət edib. O, artıq şəhərin müxtəlif yerlərində bir neçə hücum həyata keçirib.
Ölənlərin sayı dəqiqləşdirilməyib.
Atışma Müqəddəs Patrik Günü paradının keçirildiyi yerin yaxınlığında baş verib. Təşkilatçılar onu ləğv etməyə məcbur olublar.
Polis həyəcan təbili çalıb, yaxınlıqdakı ticarət mərkəzlərinin bağlanmasını əmr edib və sakinləri cinayətkarın axtarışı davam etdiyi müddətdə çölə çıxmamağa çağırıb.
Qordonun Pensilvaniyadan Nyu-Cersiyə yollandığı, burada fərdi evdə bir neçə nəfəri girov götürdüyü bildirilir.
Mənbə: TASS