Üç dəqiqəyə daha ağıllı olmağın yolu bəlli olub
Üç dəqiqəyə daha ağıllı olmağın yolu bəlli olub
Yaponiyanın Tsukuba Universitetinin nevroloqları müəyyən ediblər ki, ritmik musiqi sədaları altında rəqs etmək beyin fəaliyyətini üç dəqiqə ərzində yaxşılaşdıra bilir.
Tədqiqatda 18-26 yaş arası 48 sağlam könüllü iştirak edib. Təcrübə iştirakçıları kardio məşqləri yerinə yetirərkən ritmik musiqiyə qulaq asıblar. Subyektlərin beyin fəaliyyəti xüsusi cihazlar vasitəsilə izlənilib.
Məlum olub ki, belə musiqi beynin prefrontal korteksini stimullaşdırır ki, bu da idrak funksiyalarını – yaddaşı, diqqəti, məlumatı qavramaq və emal etmək qabiliyyətini yaxşılaşdırmağa kömək edir. Qeyd edilir ki, müsbət təsir belə məşq başladıqdan üç dəqiqə sonra baş verir.
Mənbə: Gazeta.ru