Moskva sakini “oxuyan tualetlər”ə görə polisə şikayət etdi – VİDEO
Moskva sakini “oxuyan tualetlər”ə görə polisə şikayət etdi – VİDEO
Rusiya paytaxtı Moskvada “oxuyan tualetlər” sakinin dincliyini pozub.
O, uşaqlar arasında populyar olan “Skibidi Toilet” (“Oxuyan tualet”) veb-serialından polisə şikayət edib.
Övladının bu seriala maraq göstərdiyini görən Moskva sakini sonra Daxili İşlər Nazirliyinin Yaroslavl rayonu idarəsinə ərizə yazıb. Layihənin uşaqlara pis təsir etdiyini hesab edən ata onun yaradıcılarının yoxlanılmasını, cizgi filmlərinin isə bloklanmasını tələb edib.
“Skibidi Toilet” serialı qısa videolardan ibarətdir ki, bu videolarda içindən insan başları çıxan tualetlər kameramanlarla – başının yerinə kamera olan kostyumlu insanlarla mübarizə aparır. Videolar hazırda “DaFuq!?Boom!” “YouTube” kanalında yayımlanır ki, bu kanalın 37 milyondan çox abunəçisi var.
Mənbə: “Baza” “Telegram”