Hüseyn Məhəmmədoğlu: “Mən atamdan da gözəl həyat yoldaşı və atayam” – VİDEO
Hüseyn Məhəmmədoğlu: “Mən atamdan da gözəl həyat yoldaşı və atayam” – VİDEO
“Mən atamdan da gözəl həyat yoldaşı və atayam”.
Bu sözləri musiqiçi Hüseyn Məhəmmədoğlu ARB TV nin efirində deyib.
O ailə həyatından danışıb. Bildirib ki, hər zaman gözəl həyat yoldaşı və ata olmağa çalışır:
“Atam yaxşı musiqiçi olsa da, hər zaman dostları ilə daha çox vaxt keçirib. Mən isə daha çox ailəmlə birlikdə olmağı sevirəm. İnsan bəzən ona sadiq həyat yoldaşının dəyərini bilmir, gedir xoşbəxtliyi kənarda axtarır. Halbuki bu sənin evinin içində var. Kişi öz övladına ailəsinə daha çox dəyər verməlidir. Dəyər verməyib, qarşılığını gözləmək isə düzgün deyil. Həyat çox qısadır. Atamın nə qədər dostu var idi. Dünyasını dəyişəndən sonra bir-iki dostundan başqa heç kim gözə dəymədi”.
Qeyd edək ki, Hüseyn Məhəmmədoğlu aktrisa Aysel İbrahimova ilə ikinci dəfə ailə həyatı qurub.