Azad olunan ərazilər üçün 500 milyon manat kredit portfeli müəyyənləşdirilib
Azad olunan ərazilər üçün 500 milyon manat kredit portfeli müəyyənləşdirilib
İşğaldan azad olunan ərazilər üçün 500 milyon manat kredit portfeli müəyyənləşdirilib. Bu isə o deməkdir ki, hər sahibkar 5 milyon manat kredit əldə edə bilər.
APA xəbər verir ki, bunu Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev ötən ilin yekunları ilə bağlı tədbirdə deyib.
O bildirib ki, kreditin müddəti yeddi ilədəkdir: “Kreditin faiz dərəcəsi 15 faizədəkdir”.