“Air Astana” Azərbaycana uçuşların tezliyini artırmağı düşünür
“Air Astana” Azərbaycana uçuşların tezliyini artırmağı düşünür
Qazaxıstanın ən böyük aviaşirkəti “Air Astana” iqtisadi cəhətdən məqsədəuyğun olarsa, Azərbaycana uçuşların tezliyini artıra bilər.
Bu barədə aviaşirkət məlumat yayıb.
Bildirilir ki, “Air Astana” aviaşirkəti həmişə bu istiqamətdə uçuşlara tələbat dinamikasının inkişafını diqqətlə izləyir.
Qeyd edilib ki, “Air Astana” şirkətlər qrupu, o cümlədən “FlyArystan” 2024-cü ilin martına qədər qış cədvəlinə uyğun olaraq Almatı, Astana və Aktau şəhərlərindən Azərbaycana həftədə yeddi reys həyata keçirəcək.
“Bunlardan Astana-Bakı-Astana istiqamətində həftədə iki, Aktau-Bakı-Aktau istiqamətində həftədə üç reys “FlyArystan” bölməsi tərəfindən həyata keçirilir. “Air Astana” şirkəti tərəfindən isə Almatı-Bakı- Almatı istiqamətində həftədə iki reys həyata keçirilir. Onu da qeyd edək ki, 2023-cü ilin iyul ayından etibarən AZAL aviaşirkəti ilə Almatı-Bakı-Almatı marşrutu üzrə kod-şer sazişi imzalanıb ki, bu da sərnişinlərin rahatlığı üçün marşrutun kombinasiyası imkanlarını artırır”, – deyə aviaşirkətdən əlavə edilib.
Qeyd edək ki, “Air Astana” Qazaxıstanın Almatıda yerləşən ən böyük aviaşirkətidir. “Air Astana” şirkətlər qrupuna aşağıbüdcəli “FlyArystan” şirkəti də daxildir.