Goranboyda ilk dərs günü qan töküldü: Şagird sinif yoldaşını bıçaqladı
Goranboy rayonunda bıçaqlanma hadisəsi baş verib.
APA-nın məlumatına görə, hadisə Səfikürd kənd tam orta məktəbində qeydə alınıb. Məktəbin 11-ci sinif şagirdi Ramal Röyal oğlu Musayev sinif yoldaşı Arif Elsevər oğlu Həsənəliyevə bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.