“Milan” əsas heyət oyunçusunu azı altı aylıq itirdi
“Milan” əsas heyət oyunçusunu azı altı aylıq itirdi
“Milan”ın yarımmüdafiəçisi İsmael Bennaser uzun müddət yaşıl meydanlardan kənar qalacaq.
İtaliya klubunun rəsmi saytının yaydığı məlumata görə, Çempionlar Liqasında “İnter”lə matçda (0:2) sağ dizindən zədələnən əlcəzairli oyunçu əməliyyat olunub.
Onun bərpa müddəti azı 6 ay çəkəcək. Beləliklə, 25 yaşlı futbolçu növbəti mövsümün əvvəlini buraxacaq.
Qeyd edək ki, “Milan”ın əsas heyət oyunçularından hesab olunan Bennaser bu mövsüm 40 matçda 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.