Mobil telefonunuza saxta SMS-lər gələ bilər – Elektron Təhlükəsizlik Xidmətindən XƏBƏRDARLIQ
Mobil telefonunuza saxta SMS-lər gələ bilər – Elektron Təhlükəsizlik Xidmətindən XƏBƏRDARLIQ
“Azərpoçt” MMC-nin adından dələduzluq halları davam etməkdədir.
Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Belə ki, kiberdələduzlar vətəndaşlara mesajlar göndərərək paketlərinin anbara gəldiyini və bağlamada ev ünvanının qeyd olunmadığını bildirib, ünvanın yenilənməsi üçün saxta keçidlərə yönləndirirlər. Qeyd olunan keçidlərdə vətəndaşların bank kartı və digər fərdi məlumatlarını ələ keçirmək üçün bölmələr yaradılıb.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir.