Bosniya və Herseqovinanın keçmiş prezidenti: “Ukraynadakı müharibə Aİ üçün yeni çağırışlar yaradıb”
Bosniya və Herseqovinanın keçmiş prezidenti: “Ukraynadakı müharibə Aİ üçün yeni çağırışlar yaradıb”
“Ukraynadakı müharibə ciddi dəyişikliklərə səbəb oldu”.
“Report” xəbər verir ki, bunu Bosniya və Herseqovinanın keçmiş prezidenti Mladen İvaniç XI Qlobal Bakı Forumu çərçivəsində “Regional perspektivlər: Aİ və qonşuları” mövzusunda panel müzakirələrində deyib.
O bildirib ki, bu, Avropa İttifaqı (Aİ) üçün də yeni çağırışlar yaradıb:
“Bu, təkcə siyasi deyil, həm də texniki dəyişikliklərdir. Baş verən dəyişikliklər, o cümlədən Ukraynadakı müharibə, əlbəttə, Aİ daxilindəki vəziyyətə də təsir edir”.