Yeni Kaledoniyada fövqəladə vəziyyət tətbiq olunacaq
Yeni Kaledoniyada fövqəladə vəziyyət tətbiq olunacaq
Bir neçə gündür davam edən üsyana görə Yeni Kaledoniya (Sakit okeanda Fransanın dənizaşırı ərazisi – red.) ərazisində fövqəladə vəziyyət tətbiq olunacaq.
Bu barədə Yelisey sarayının Mətbuat Xidməti məlumat yayıb.
“Fransa prezidentinin sədrliyi ilə Yeni Kaledoniyadakı vəziyyətlə bağlı Milli Müdafiə və Təhlükəsizlik Şurasının iclası keçirilib”, – deyə məlumatda bildirilir.
Prezident Nazirlər Şurasının saat 16:30-a (Bakı vaxtı ilə 18:30 – red.) planlaşdırılan iclasının gündəliyinə Yeni Kaledoniyada fövqəladə vəziyyətin tətbiqi haqqında fərmanın daxil edilməsini xahiş edib.
Mənbə: Rte.ie