Suriyada güclü partlayış: Ölənlər və yaralananlar var
Suriyanın cənubundakı Latakiya şəhərində güclü partlayış nəticəsində azı üç nəfər ölüb, 10 nəfər yaralanıb.
Oxu.Az “Suriya TV”yə istinadən xəbər verir ki, Ər-Raml rayonunda binalardan biri uçub.
Qeyd olunur ki, dağıntılar altında qalan insanlar var. Partlayışın səbəbi hələ müəyyən edilməyib.
Hadisə yerinə yerli mülki müdafiə qüvvələrinin xilasediciləri gediblər. Məlumata görə, çökən binanın dağıntıları altında qalan yaralıların xilas edilməsi işlərinə başlanılıb.