Sabiq məmur vəfat etdi
Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvü Surəddin Hümbətov vəfat edib.
Oxu.Az xəbər verir ki, o, bu gün 68 yaşında dünyasını dəyişib.
S.Hümbətov uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Qeyd edək ki, mərhum Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. Uzun illər Diasporla İş üzrə Dövlət Komitəsində şöbə müdiri vəzifəsində çalışıb.
2017-ci ildə Azərbaycan diasporu quruculuğu sahəsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.