Banqkokda körpü tikintisi zamanı FACİƏ: Onlarla ölən və yaralanan var
Banqkokda tikilməkdə olan körpünün dəmir-beton tirləri uçub. Hadisə nəticəsində xeyli sayda ölən və yaralanan var.
Oxu.Az bu barədə “New Starits Time” qəzetinə istinadla məlumat verir.
Hadisə Tailandın cənub hissəsini şəhərlə birləşdirən “Rama 2” şosesində baş verib.
Həmin vaxt körpünün üzərində 30-dan çox fəhlə olub. Onlardan azı beşi həlak olub, 27 nəfər xəsarət alıb.
Şosenin digər hissəsində hərəkət bağlanıb.
Hadisənin səbəbləri araşdırılır, axtarış-xilasetmə işləri davam edir.