Şəhid Turan Məhərrəmovun nişanlısı: “Özümə təsəlli verirəm ki, guya toyumuz olub” – VİDEO
Şəhid Turan Məhərrəmovun nişanlısı: “Özümə təsəlli verirəm ki, guya toyumuz olub” – VİDEO
“Nə olsun ki, toyumuz olmayıb. Bizim nikahımız var axı. Onsuz da, 21 gün sonra Turan əlində gül gəlib məni bu evə gətirəcəkdi”.
Bunu sentyabr döyüşlərində şəhid olan Turan Məhərrəmovun nişanlısı Sayıb Məhərrəmova deyib.
Turan şəhid olandan bəri onun evində yaşayan Sayıb deyir ki, onların sevgisi məktəbdən başlayıb:
“Mənə sevdiyini deyəndə beşinci sinifdə oxuyurdum. Sevilməyi Turanla öyrəndim, onunla böyüdüm. Əsgərliyə gedəndə məni qucaqladı, göz yaşlarını saxlaya bilmədi. Dedim, üzülmə, mən sənin yolunu gözləyəcəyəm”.
Şəhidin nişanlısı Turansız keçən çətin günlərdən danışıb:
“Bir ildir, bu evdə qalıram. Özümə təsəlli verirəm ki, guya toyumuz olub. Məni burada qoyub, özü də nə vaxtsa məzuniyyətə gələcək”.
Ətraflı Baku TV-nin süjetində: